B0010P 0051

Bir müddətdir depresiyadan əziyyət çəkən keçmiş manikenin asılmış bədənini 12 yaşlı oğlu tərəfindən tapılıb.

Minval.info xəbər verir ki, 44 yaşlı köhnə model Monika MakDermot şöhrətini itirdikdən sonra depresiyaya düşmüşdü. Daha sonra spirtli içkilərin aludəçisi olan Monika səfil həyatı yaşamağa başlayıb. Özünü asdığı gün 12 yaşındakı oğlu onun əlindən içki şüşəsini alıb. Monika öz otağına çəkilib. Bir neçə dəqiqə sonra otağa daxil olan oğlan anasının tavandan asılmış bədəni ilə qarşılaşıb. Təcili yardım tərəfindən xəstəxanaya çatdırılan Monika bir neçə gün sağ qalmaq üçün mübarizə aparsa da, səhərə yaxın dünyasını dəyişib.

Tibbi ekspertizanın rəyinə görə, Monika özünü asdıqdan sonra ölməmək üçün çırpınıb, özünü xilas etməyə çalışıb.

Bu xəbərdən sonra ingilis mediası psixoloji problemlər yaşayan şəxslərə çağırış edərək, mütəxəssislərdən kömək almağın vacibliyini vurğulayıb.

Minval.info