Minval.info saytının 1 yaşı tamam oldu.

Sayt ötən ilin bu günü – 9 yanvar tarixində fəaliyyətə başlayıb. Xəbər portalının baş redaktoru Məhəmməd Türkmən və kollektivi qısa zamanda böyük nəaliyyət əldə edib. Belə ki, bir il müddətində dünyada və ölkədə baş verən hadisələr barədə operativ və obyektiv xəbərlər hazırlamaqla yanaşı, müxtəlif mövzularda özəl məqalələri ilə diqqət mərkəzinə düşüb. Bunun nəticəsidir ki, ölkənin bir çox aparıcı informasiya portalları Minval.info-nun xəbərlərinə istinad edib və 1 yaşlı sayt geniş oxucu auditoriyası qazana bilib.

Bu münasibətlə Minval.info əməkdaşları və aid olduğu “Yeni Müsavat” Media Qrupunun kollektivi ilə bir araya gəlib. Ad günü ilə əlaqədar simvolik tort kəsilib və xatirə şəkilləri çəkilib.