Qarışqaların arı pətəyini dağıtmaq üçün dəqiq şəkildə birlikdə işləmələri təəccüb doğurub.

Minval.İnfo xəbər verir ki, video Braziliyada çəkilib. Baş verənləri lentə alanın sözlərinə görə qarışqalar arı pətəyinə hücum edir. Onlar özlərindən körpü düzəldib və bunun vasitəsilə pətəyə çatıblar.

Video qısa zamanda “Twitter” sosial şəbəkəsində rekord sayda izlənilib. Qarışqaların bu ağıllı cəhdi görənləri təəccübləndirib.

Tamerlan