Mingəçevir şəhərində ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində evin 1 otağı 15 kvadratmetr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.