Müğənni Mina Hüseyn “O səs Türkiyə” mahnı müsabiqəsindən uzaqlaşdırılıb.

Birinci turu adlayan və Seda Sayanın komandasında yarışacaq olan ifaçı “Maşın şou”ya görə müsabiqədən kənarlaşdırılıb.

“O səs Türkiyə”nin ikinci turunda çıxış etmək hüququnu itirən ifaçının geri qayıtma cəhdləri də uğursuz olub.

Musavat.com mövzu ilə bağlı ifaçı ilə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib: “Mən heç kimə belə məlumat verməmişəm. Hazırda klip üzərində çalışıram”.

Qeyd edək ki, Mina müsabiqədə “Nayino” mahnısını ifa etmişdi. O, Seda Sayan, Murat Boz və Beyazı özünə tərəf döndərərək, ifası ilə onları heyran qoymuşdu. Sonda Seda Sayanın koamndasında yarışmaq istədiyini bildirmişdi.