Hər güclü kişinin arxasında güclü bir qadın dayanır. İngilis mediası dünyada məşhur olan milyarderlərin həyat yoldaşları ilə bağlı siyahı hazırlayıb. 

Axşam.az həmin siyahını təqdim edir:

Makkenzi Bezos – Ceffa Bezosun arvadı

“Forbes”in bu ilki siyahısında 54 yaşlı Ceffer Bezos – “Amazon.com”un yaradıcısı, “Blue Origin” və “The Washington Post”un rəhbəri ən varlı adam seçilib. Onun 160 milyard dəyərində sərvəti var. Həyat yoldaşı 48 yaşlı Makkenzi ərinin şirkətlərindən birində çalışır. Eyni zamanda yaradıcı işlərlə məşğuldur. Hekayələr, kitablar yazır.

Bill Qeytsin arvadı Melinda Qeyts

Melinda dünyanın ən böyük xeyriyyə şirkəti olan “Bill & Melinda Gates Foundation”a rəhbərlik edir.  “Microsoft”un 62 yaşlı yaradıcısı “Forbes”in siyahısında ikinci yerdədir. Onun 20 ildir birlikdə olduğu 54 yaşlı arvadından üç uşağı var.

Astrid Menks – Uorrena Baffettanın arvadı

Uorren dünyanın ən uğurlu yatırımcısıdır. Sərvətinə görə “Forbes”də üçüncü yerdədir. 88 yaşlı iş adamı ikinci dəfə evlənib. Onun ilk həyat yoldaşı Syuzan 2004-cü ildə ölüb. Onu Astridlə də ilk arvadı tanış edib.