Millət vəkili

Millət vəkili Qənirə Paşayeva xərçəng səbəbi ilə əməliyyat olunan əməkdar artist Tünzalə Əliyevaya baş çəkib.

Minval.İnfo xəbər verir ki, bu haqda illət vəkili Qənirə Paşayevanın Tünzalə ilə xəstəxanada çəkilmiş fotosu sosial şəbəkədə paylaşaraq onun tez bir zamanda saalacağına inandığını vurğulayıb.”Ezizimiz, sevimli senetçimiz Tünzale xanımı Milli Onkologiya Merkezinde ziyaret etdik,onun üçün dua etdiyimizi ve çox sevdiyimizi söyledik. Emeliyyatı çox uğurlu keçib ve inşallah tez zamanda sağalacaq.,Tünzale xanım güclü qadındır ve inşallah tezlikle tam sağalıb sevenlerini sevindirecek. Allah her zaman yardımçısı olsun! Milli Onkologiya Merkezimize, Tünzale xanımın hekimlerine ve tibb bacılarına teşekkürler”.

Qeyd edək ki, aktrisanın uşaqlıq boynunda bədxassəli şiş var idi. Bir neçə gün öncə əməliyyatla həmin şiş götürülüb və hazırda özünü yaxşı hiss edən sənətçi xəstəxanada müalicəsini davam etdirir.