Göygöldə xeyli sayda sərnişinin xəsarət aldığı yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” nun verdiyi məlumata görə, hadisə Gəncə-Hacıkənd avtomobil yolunun Aşıqlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq yolun kənarında olan məktəb binasına çırpılıb. Qəza zamanı 10-dan artıq sərnişin xəsarət alıb. Yaralılar Göygöl Mərkəzi rayon Xəstəxanasına və Gəncədə olan özəl xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzaya düşənlər Goranboy rayon sakinləridir. Mikroavtobusda məktəblilər, müəllimlər və valideynlər olub. Onlar Göy göldən gəlirmişlər.