Samirə Yusifqızı ilə duetləri ilə məşhurlaşan meyxanaçı Oktay Kamil qadınların işləməsinə qarşıdır.
Meyxanaçı açıqlamasında, həyat yoldaşına işləməyə icazə vermədiyini bildirib: “Bizim ailədə qadın işləyə bilməz. Birmənalı olaraq buna qarşıyam. Qadınlar kişilərlə bir yerdə işləyə bilməz! Gözümü açıb belə görmüşəm, Babam da arvadının işləməsinə icazə verməyib, atam da. belə tərbiyə almışam. Mən də qadının işləməsinə pis baxıram. Qadınlar kişilərlə bir yerdə işləməsini qəbul etmirəm”.
Oqtay Kamil bu fikirdə olmasına baxmayaraq xanım sənətçilərlə səhnə almasına belə münasibət bildirdi: “Mən öz evimdəki qadınlara cavabdehəm. Onu gedin həmin xanımların evlərindəki kişilərdən soruşun!” BAKU.WS