Floyd Meyvezer Həbiblə döyüşdən nə qədər qazanacaq?
Sonuncu dəfə 2017-ci ilin avqustunda Konor Makqreqorladöyüşən və rəqibini 10-cu raundda məğlub edən Floyd Meyvezer2019-cu ildə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla döşüəcək. Dağıstanlı döyüşçü amerikalı həmkarını rinqə dəvət edib və ondan müsbət cavab alıb.
Qaynarinfo xəbər verir ki, Floyd Meyvezer bu döyüşdən qazanacağı məbləği açıqlayıb. Boksçu bildirib ki, bu döyüşdən 110-200 milyon dollar aralığında gəlir götürəcək.
Qeyd edək ki, Həbib Nurməhəmmədov Floyd Meyvezeri bu sözlərlə döyüşə çağırmışdı: “Haydı, Floyd! İndi döyüşməliyik. 50:0-a qarşılıq 27:0. İkimiz də heç uduzmamışıq. Ancaq meşədə yalnız bir kral var. Əlbətdə kral mənəm. Çünki sən Makqreqoru nakauta sala bilməmisən, amma mən bunu asanlıqla bacardım”.
Floyd Meyvezerin cavabı isə belə olub: “Mənə meydan oxudu. Bu halda mənim dünyama gəlməlidi. Bir müsahibəsində mənim Makqreqoru nakauta sala bilmədiyimi deyirmiş. Yaxşı Həbib, demək ki, mənim artıqlarımla döyüşürsən. İndi döyüşəcəyik. Mən hər zaman özümün şefiyəm. Həbibin nə düşündüyünü bilmirəm, amma mən hazıram”.
Qeyd edək ki, keçirdiyi 50 döyüşün heç birində uduzmayan Floyd Meyvezer Makeqreqorla döyüşdən 150, rəqibi isə 100 milyon dollar qazanmışdı.
Minval.İnfo