Minval.info xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən anbarda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonundakı yanğınla bağlı yaydığı məlumatda qeyd olunur.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Ölən və xəsarət alan olmayıb.

***

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yaşayış binalarının yaxınlığnda yerləşən həyət evləri və obyektlərin ərazisində yanğın baş verib.

Minval.info Trend-ə istinadən bildirir ki, hazırda yanğını söndürmək üçün hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

"Metropark"ın yanında yanğın var - YENİLƏNİB - VİDEO - FOTO