Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının bir hissəsi bağlanır.

Minval.info-nun xəbərinə görə, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat veirb.

O bildirib ki, “Koroğlu”nun “piramida” adlandırılan giriş-çıxışı aprel ayının 21-dən müvəqqəti olaraq qapanır.

Lakin stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

Dövlət qurumu yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Minval.info