Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın heç də xoş olmayan videosu yayılıb.

Minval.info xəbər verir ki, videoda M.Əsədova bir neçə üzü görünməyən kişi ilə bir masada əyləşərək spirtli içki içməsi əks olunub. Masa başında əyləşən şəxslər içkinin təsirindən yanlarında xanım olduğunu unudub, söyüşlər söyüblər.

Sosial şəbəkə istifadəçiləri xanım müğənninin əyləşdiyi masada söyüşlərin söyülməsini, Əsədovaya qarşı münasibəti pisləyiblər. Bəziləri isə müğənninin spirtli içki içməsini tənqid edib.

Xüsusi qeyd edək ki, videoda 18+ ifadələr yer alır.

Minval.info