“Mənə elə gəlir ki, indi baş verənləri təhlil etməyin zamanı deyil”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Argentina millisinin futbolçu Havyer Maskerano DÇ-2018-də Fransaya 3:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, komandanın bütün üzvləri kimi Messinin də əhval-ruhiyyəsi pisdir: “Argentina dünya çempionatında çıxışını başa vurdu. Mənim üçün hər şey bitib”.

Lionel Messi haqda suala isə Maskerona belə cavab verib: “Onu rahat buraxın”.