“Barselona”nın superulduzu Lionel Messi İspaniya Vergi Xidməti ilə yaşadığı problemləri xatırlayıb.

Minval.info apasport.az-a istinadən xəbər verir ki, Kataloniya qəzetinə müsahibə verən argentinalı bunun qəsdən edildiyini söyləyib.

O, vergi məsələsinin qabardılmasını Madridlə əlaqələndirib: “Həmin il mənim üçün çox çətin keçdi. Maliyyə məsələsi ilə bağlı problem asan deyildi. Depressiyaya düşmürdüm, amma onlar mənə hücum edirdilər. Mənimlə, atamla, qardaşımla, ailəmlə necə danışırdılar. Bu, xüsusən də, Madridə aiddi. Mənə açıq şəkildə hücum olduğunu hiss edirdim. Xoşbəxtlikdən Kataloniyadakı insanlar, jurnalistlər tərəfindən dəstək aldım və bu, məni bir az sakitləşdirdi. Fikrimcə, bu, sifarişli addım idi. Hücum et, zərər ver, zəif anından faydalan. Bütün bunların Madriddən qaynaqlandığını başa düşürdüm”.

Qeyd edək ki, Lionel Messi 2007-2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunmuş və sonda 2 milyon avro cərimələnmişdi.