“Barselona” klubu 26-cı dəfə İspaniya çempionu adını aldı. Çempionlar Liqasının qalibi olmaq şansı da böyükdür. Lakin bu o anlama gəlmir ki, İspaniya futbol klubunun heyətində dəyişiklik olmayacaq.

“Ölkə.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, “Barselona”-nın lideri Lionel Messi sonraki mövsümə görə komandada görmək istədiyi futbolçuların adlarını açıqlayıb. Messinin fikrincə, Kataloniya təmsilçisinin qapıçıya, mərkəz müdafiəçisinə və hücumçuya ehtiyacı var.

Messi konkret adlar da açıqlayıb. Argentinalı ulduz “Ayaks”dan iki futbolçunun komanda yoldaşı olmasını arzulayır. Messi “Kamerun” milli komandasından Andre Onananın və Matteys de Liqtin Kataloniyaya gəlməsini istəyir. Hərçənd ki, holland müdafiəçini “Barselona”nın rəhbərliyi istənilən halda teransfer etməyi fikirləşirdi.

Hücumçulardan “Ayntraxt”-da oynayan Luka Yoviç və PSV-li İrvinq Losanonun oyunu Messini cəlb etməyi bacarıb.

Maraqlıdır ki, Matteys de Liqti portuqaliyalı ulduz Kriştiano Ronaldonun da xoşuna gəlir.