Qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun məhkəməsi bitib.

Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev Ə. Məhərrəmovu 7 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Əhməd Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan “Meşə Qardaşları” üzvü olub.

Lakin o, istintaqdan uzun müddət gizlənə bilib. Barəsində axtarış elan edilən Ə. Məhərrəmov bu il saxlanılıb.