Almaniya kansleri Angela Merkelin aylıq gəlirləri açıqlanıb.

“Qafqazinfo” Bundestaqın mətbuat xidmətinə istinadən xəbər verir ki, siyasətçi ayda 19796,68 avro qazanır ki, bunun 17701,40 avrosu rəsmi maaşıdır.

 

Bundan başqa, Merkel Bundestaqın üzvü olduğu üçün nümayəndəlik xərclərinin 50%-ni, parlament üzvü kimi isə 25%-ni alır.

 

Ekspertlər kanslerin illik gəlirini 333 min avro məbləğində dəyərləndirirlər.