Almaniya Kansleri Angela Merkel yenidən özünü pis hiss edib.

RBK xəbər verir ki, Kansleri ölkə Prezidenti Frank-Valter Ştaynmayerlə görüşdə titrəmə tutub.

Bununla belə, A.Merkelin mətbuat katibi bildirib ki, Kanslerin iştirakı ilə Yaponiyada G20 sammiti daxil olmaqla, bütün planlaşdırılmış tədbirlər qrafik üzrə keçiriləcək.

Qeyd edək ki, oxşar hadisə – A.Merkelin titrəməsi iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı baş vermişdi.