Bu gün futbol üzrə dünya çempionatında almanlar ilk matçına çıxıb.

Minval.info xəbər verir ki, Meksika yığması ilə qarşılaşan Almaniya millisi bu görüşdən üz qara ayrılıb.

Matçda cəmi bir qol vurulsa da komandalar arasında gərgin mübarizə gedib.

Görüşdə hesabı açan meksikalılar hesabı qorumağı bacara bilib. Almaniya yığması isə bütün cəhdlərinə baxmayaraq qapıya yol tapa bilməyib.

Beləliklə, dünyanın nəhənlərindən hesab olunan komanda ilk qarşılaşmada meydandan məğlub ayrılıb.

Minval.info