Mehman Hüseynovun bu gecə həbsxanaya qaytarılacağı bildirilir. Amma ertəsi gün, yəni 7 avqust tarixində dəfnə gətiriləcəyi söylənilir.

Minval.İnfo Mehman və Emin Hüseynovların anası Firəngiz xanımın dəfni ilə bağlı bəzi detalları öyrənib.

Jurnalist Samir Kazımov bildirib ki, Mehman Hüseynovun anasının nəşi sabah (7 avqust) saat 11:00-da Qaraçuxur qəsəbəsində F.Kərimzadə küç. ev33/1-dən götürüləcək və Suraxanı məzarlığında dəfn ediləcək.

Hüzür məclisi sabah dəfindən sonra (saat 11:00-da qadınlar və 14:00-da kişilər üçün) Qaraçuxur qəsəbəsi Əhməd Mehralıyev küç 27/31 ünvanındakı mərasim evində keçiriləcək.

PX-in əməkdaşları Mehmanı bu gün saat 22:00-da həbsxanaya aparıb və sabah 09:00-da dəfinə gətirəcəklərini bildirdilər.