2009- cu ildə vəfat edən Maykl Ceksonun həkimi Konrad Mörrey məşhur müğənninin ölüm səbəbiylə bağlı daha bir açıqlama verib.

Mörrey ata Coe Ceksonun müğənninin ölümündə böyük rolu olduğunu vurğulayıb. Beləki, ata Cekson oğlunun səsinin xarab olmaması üçün ona kimyəvi xədim tətbiq olunmasına razılıq verib.

Pop musiqinin kralı Maykl Ceksonun ölümündən 9 il keçməsinə baxmayaraq onun ölümü haqqında irəli atılan fikirlər hələ də bitmir. Xarici mediada bu haqda tez-tez xəbərlər yer alır. Növbəti iddianı Maykl Ceksonun həkimi Mörrey irəli sürüb və Ceksonun atasını hər şeyin səbəbkarı kimi görüb.

“Ümumiyyətlə, Cekson böyük olanda da atasından çox qorxurdu. O, çox qəddar insan olub. Hətta uşaqları üçün tarixdə ən qəddar ata adına belə layiqdir”-, deyən Mörrey hətta Cekson uşaq olarkən səsinin dyişməməsi üçün ona baş rahib vasitəsiylə bədəninə müxtəlif dərmanlar inyeksiya etdirdiyini də vurğulayıb.

Minval.info