ATV kanalında “Xanımlar və cənablar 2” devizi ilə start götürən “Maşın” realiti şousunda mübarizə başa çatıb.

Minval.İnfo qafqazinfo-ya istinadən xəbər verir ki, fərqli oyun göstərən və müxtəlif qruplaşmalarda iştirak edən 18 nəfər “Nissan Kicks” qazanmaq uğrunda mübarizə aparıblar.

Məlum olub ki, əslində məşhurların uğruna qalmaqal yaratdığı avtomobilin 23 min 800 dollar qiyməti var. Bu, təxminən 40 min 500 manat edir.

Qeyd edək ki, həmin maşını Roza Zərgərlinin udması barədə məlumat yayılıb.