Ölkənin ən reytinqli şousu – “Maşın” şounun 16-cı buraxılışı başa çatdı.

Minval.İnfo xəbər verir ki, xalq artisti Murad Dadaşovun təqdim etdiyi “Xanımlar və Cənablar-2” adlı şounun qalibi artıq bəllidir.

Maşın uğrunda mübarizənin ikinci final gecəsi, səhərə yaxın iştirkaçılardan biri əlini çəkib.

Lakin Murad Dadaşov qalibin adını açıqlamayıb. O, qeyd edib ki, qalibin adı sabah axşam baş tutacaq bağlanış mərasimində elan olunacaq.

Amma yayılan görüntülərdə Roza Zərgərlinin Hüseyn Əzizoğlunu əlini çəkməyə məcbur etməsi görünür. Üstəlik aralarında buna görə mübahisə yaranıb

Bu zaman Roza Hüseynə maşının üzərində olan meyvələri atır, onu vurmaq istəyir. Bu da şounun qaydalarına ziddir.

Bu səbəbdən qalib Hüseyn Əzizoğlu olacaq. Ötən gecə Murad Dadaşov qalib haqqında danışan zaman “Görüntüləri incələyirik” dedi  Bu, bir daha söhbətin kiminsə əlini çəkməsindən getmədiyini, qaydaları pozan iştirakçının olduğunu sübut edir.

Minval.İnfo