Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar…

Nəhayət, qalmaqallarla yadda qalan “Maşın” şou Xanımlar və Cənablar 2″-in qalibi bəlli olub.

Minval.info xəbər verir ki, qalib müğənni Roza Zərgərlidir. Bu gün keçirilən final görüşündə bəlli olub ki, onun rəqibi viner Hüseyn Əzizoğlu əlini maşın üzərindən götürüb. Buna səbəb isə Rozanın ona həm psixoloji, həm də fiziki təzyiq etməsidir.

Beləliklə, teleməkanın ən reytinqli verilişinin 16-cı buraxılışında maşın Roza Zərgərliyə qismət olub.