“Maşın” şouda növbəti iştirakçı oyunu tərk edib.

Minval.info xəbər verir ki, səsverməyə çıxan aktyor Cavidan Novruz səs toplamağı bacara bilməyib. Üstəlik, “Getsin”lə “Qalsın” arasındakı böyük faiz fərqinin olması diqqət çəkib. Bu isə istər çoxları tərəfindən gözlənilməz nəticə kimi qarşılanıb.

Aktyor oyun zamanı hədəfinin aparıcı Aytən Səfərova olduğunu söyləmişdi, amma istəyinə nail ola bilmədi. Maşın ətrafında dayananların əksəriyyəti də Cavidana dəstək oldu, lakin bu, heç nəyi dəyişmədi.

Qeyd edək ki, ötən buraxılışların birində Aytən Səfərova səs topladıqdan sonra həmkarı Mətanət Əliverdiyevanı oyundan kənarlaşdıracağını söyləmişdi. Amma şounun sonundakı qərarı ciddi qınağa tuş gəldi. O, aktyor Məcid Hüseynovu şoudan kənarlaşdırdı. Bu səbəbdən “Qalsın”a daha çox səs gələcəyi və Aytənin mübarizəni yarıda qoyacağı güman edilirdi.