“Maşın” şouda səs toplayan vayner seçimi ilə hamını təəccübləndirib.

Minval.info xəbər verir ki, Hüseyn Əzizoğlu tamaşaçılardan dəstək istəyərək aktrisa Pərvin Abıyevanı oyundan çıxaracağını söyləyib.

Oyun zamanı iştirakçılar arasında ciddi mübahisə yaşanıb, bu, hətta təhqir səviyyəsinə gəlib çatıb. Lakin sonda Hüseynin qərarı çoxlarını sözün əsil mənasında şoka salıb.

Belə ki, o, müğənni Abbas Bağırovu oyundan kənarlaşdırıb. Seçimini isə Roza Zərgərli ilə oyun qurması ilə izah edib.

Abbas Bağırov bu seçim qarşısında mat-məəttəl qalıb və şoudan gedərkən “Hüseyn Rozaya “mama”, mənə isə “papa” deyirdi” sözlərini işlədərək studiyanı tərk edib.

Qeyd edək ki, Abbas Bağırov şou zamanı Hüseyn Əzizoğluna səs istəmişdi. Eyni zamanda vayner Pərvin Abıyevanın “ana söhbətinə” görə seçimini dəyişməyəcəyini bildirmişdi.

Samir / Minval.info