Məlum olduğu kimi, çoxlarının səbrsizliklə gözlədiyi, məşhurlar arasında ən qızğın söz davalarına səbəb olan “Maşın” realiti şousu yenidən efirə qayıdır.

Ramazan ayında yayımlanması nəzərdə tutulan verilişin iştirakçıları barədə hələlik açıqlama verilməyib.

Minval.info özəl olaraq şouda maşın uğrunda savaşacaq daha bir məşhurun adını əldə edə bilib.

Məlumata görə, teleaparıcı Aytən Səfərova da avtomobilin üzərinə əllərini qoyaraq 18 gün boyunca mübarizə aparacaq məşhurlardan biri olacaq.

Jurnalist istər efirdə, istər radio, istərsə də sosial şəbəklərdə daim açıq fikirli olması ilə diqqət çəkib. Bu səbəbdən onun verilişə dəvət edilməsi heç də təsdüfi deyil. Şoumen Murad Dadaşov aranı qızışdırmaq üçün lazım olan iştirakçını seçib.

Xatırladaq ki, şouda meyxanaçı Vasif Əzimov, Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə və müğənni Damlanın mübarizə aparacağı deyilir.