Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar…

Bəli, məşhurlar arasında ən qızğın söz davalarına səbəb olan “Maşın” realiti şousu yenidən efirə qayıdır.

Ramazan ayında yayımlanması nəzərdə tutulan verilişin iştirakçıları barədə hələlik açıqlama verilməsə də, Minval.info özəl olaraq bəzi adlar əldə edə bilib.

Əldə etdiyimiz məlumata görə, avtomobilin üzərinə əllərini qoyaraq 18 gün boyunca mübarizə aparacaq məşhurlardan biri də meyxanaçı Vasif Əzimovdur. Şounun iştirakçıları maksimum gizli saxlansa da, Vasiflə yanaşı yarışmada Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə və müğənni Damlanın mübarizə aparacağı bəlli olub.

Minval.info