“Maşın” realiti şounun qalibi adı məlum olub. Dünən yarışmanın sonunda avtomobilə sahiblənən iştirakçının ismi açıqlanıb.

Minval.info xəbər verir ki, maşın ətrasında sona qalan aparıcılar Ranar Musayevlə Xəyalə Quliyeva mübarizəsinin güclüsü müəyyən edilib.

Əvvəlcə layihənin rəhbəri, Xalq artisti Murad Dadaşov “İnstagram” səhifəsində qeyd edib ki, “Qalibimiz var. Sizcə kimdir?”. Daha sonra verilişin yayımında sürpriz isim açıqlanıb. Belə ki, iştirakçılar arasında mübahisədən sonra Ranar əlini istəyərək maşının üzərindən çəkib.

Nəticədə Xəyalə Quliyeva avtomobili qazanıb. O, “Hər şeyi çətinliklə əldə etmişəm, bunu da elə qazandım, sadəcə, 18 günə…” deyərək göz yaşlarını saxlaya bilməyib.