“Maşın” realiti şounun qalibi müəyyən olub. Amma bu günün sonuna qədər sirr olaraq qalacaq.

Minval.info xəbər verir ki, sona qalan iştirakçılar – Ranar Musayevlə Xəyalə Quliyeva mübarizəsinin güclüsü avtomobili qazanıb.

Bu haqda layihənin rəhbəri, Xalq artisti Murad Dadaşov məlumat yayıb.

O, “İnstagram” səhifəsində qeyd edib ki, “Qalibimiz var. Sizcə kimdir?”.

Şounun ən güclüsünün adı axşam yayımlanancaq “Maşın”da aparıcı tərəfindən açıqlanacaq.