Qəbələ rayonunun Həmzəli kəndində “VAZ” markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb.

FHN-dən Minval.info-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1987-ci il təvəllüdlü Əzimov Qulu Əhməd oğlunun və sərnişin, 1995-ci il təvəllüdlü İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.