Masallı rayonunun Öncəqala kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Trend FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.