Marketdən aldığı yumurtanın içindən görün nə çıxdı

Avstraliyada inanılmaz hadisə yaşanıb.

Minval.İnfo Metbuat.az-a istinadən xəbər verir ki, Scott Stockman adlı bağban marketdən bir neçə paket yumurta alıb. Evdə paketləri açan Scott yumurtalardan birinin digərlərindən daha böyük olduğunu hiss edib. Yumurtanın niyə belə olduğunu bilmək üçün onu sındırıb. İçindən çıxanlar isə görənləri dəhşətə salıb. Belə ki, yumurtanın içindən daha bir yumurta çıxıb.

Nadir görülən bu hadisənin toyuğun yumurtalığında baş verən bir prosesdən asılı olaraq meydana gəldiyi ortaya çıxıb. Belə ki, yumurtalıqda yaranan yumurtanın vaxtında emal olunmaması növbəti gün onun üzərində daha bir yumurtanın əmələ gəlməsi ilə nəticələnir.

Həmin yumurtanın fotolarını təqdim edirik: