547 milyard dollarlıq dəyəri olan “Facebook” şirkətinin başçısı Mark Zukerberqin həyatı adi insanın həyatından çox fərqlənir.

Çox sıx iş rejimi Olan Milyarder həftəyə 60 saat işləyir. Amma bu sıxiş rejiminə baxmayaraq, şəxsi həyatına da vaxt ayıra bilir.

Minval.İnfo enerjisi bitmək tükənmək bilməyən Mark Zukerberqin gününü necə keçirməsi haqda məqaləni təqdim edir.

Saat 8 də yuxudan durur və yataqdan qalxar-qalxmaz sosial şəbəkələri, “WhatsApp” mesajlarını yoxlayır. Bundan sonra səhər idmanı üçün parka yollanır və bunu həftədə 3 dəfə edir. Gəzintiyə çox zaman öz iti ilə çıxır.

Səhər idmanından sonra səhər yeməyini yeyir. Zukerberq çox da seçici deyil, o an ürəyi nə istəyirsə onu yeyir.

Zukerberq işə demək olar hər gün eyni paltar ilə gedir. Bunun səbəbini isə o, belə izah edir: “Həyatımı daha çox sadə etmək istəyirəm, buna görə də çalışdığım qədər seçimləri azaltmaq istəyirəm”

Həftəsinə 50-60 saat işləyən Mark sosial – mediadakı işləri haqda bunları deyir: “Mən işdə vaxtımın çoxunu dünya ilə necə daha yaxşı əlaqə saxlayaram, daha çox necə ictimaiyyətə xidmət edə bilərəm diyə düşünürəm. Ancaq çox zaman ofisdə kənarda vacib görüşlərə getməli oluram”.

Onun 12 nəfərlik komandası var və bu komanda ən son yenilikləri sosial şəbəkədə paylaşır, əsas səhifəni və Zukerberqin hesabını idarə edirlər.

İşdə olmayanda isə Çin dili öyrənir və mütailə edir. 2 həftəyə bir kitab oxumağı özünə məqsəd seçib. Hər ay sonu isə həyat yoldaşı ilə səyahətə çıxır.

Bundan başqa tez-tez məşhurlarla, siyasətçilərlə görüşür.

Tamerlan

Minval.info