Ölkəsində alicənablığı ilə tanınan məşhur futbolçu yenə böyük jesti ilə gündəmə gəlib.

Minval.İnfo xəbər verir ki,  o, bir barda “Rusiya” və “Xorvatiya” oyununu izləyən şəxslərə pulsuz pivə ismarlayıb. Bu jest Mandzukiçə 3000 sterlinqə başa gəlib.

Qeyd edək ki, bu Mandzukiçin ilk belə hərəkəti deyil. Bundan əvvəl də doğulduğu şəhərin yanğın söndürənlərinə 18000 sterlinq pul hədiyə etmişdi.