Türkiyənin Ərzincan şəhərində 2 illik ailə dağılır.

“Ölkə.Az” xəbər verir ki, qadın ərinin kürəyindəki sızaqların sıxılmasından xəyanətə uğradığını anlayıb. Dedektiv kimi hərəkət edən qadın ərini sevgilisi ilə tutub. Gənc qadın hadisədən sonra boşanmaq üçün vəkili ilə görüşüb.

Vəkil isə müvəkkilinin icazəsi ilə açıqlama verib:

“Müvəkkilim iki ildir evlidir və xoşbəxtdir. Amma bir gün ərinin kürəyindəki sızaqların sıxılmış olduğunu görüb. Ərinin bunu özü edə bilməyəcəyini anlayan qadın sual verir. Əri isə müxtəlif bəhanələrlə cavabdan qaçır. Sonra qadın əri yuxuda olanda telefonu götürüb mesajları yoxlayır amma heç nə tapa bilmir. Sadəcə telefon rəhbərində qeydiyyatı olmayan bir nömrə ilə gün ərzində 4-5 dəfə danışdığını görür.
Sonra isə telefonu daha yaxşı yoxlamaq üçün ərinin iş yerinə gedir və danışmaq bəhanəsi ilə telefonu götürür. Vatsap danışıqlarında bir qadınla söhbətinə şahid olur. Qadın yazışmaları skrin edib öz telefonuna göndərir. Sonra isə ərinə axşam qadın rəfiqələrinin gələcəyini, bu səbəbdən evə gəlməməyini xahiş edir.

Qadın işdən sonra ərinin hara gedəcəyini bilmək üçün onu izləyir. Əri isə sevgilisi ilə görüşə gedir və arvadı tərəfindən basqına məruz qalır”.