“Mançester Siti” “Yuventus”dan Miralem Pyaniçi transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi rəhbərlikdən Bosniya və Hersoqovina millisinin üzvünün alınmasını istəyib. Bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

“Mançester Siti”in bu transfer üçün “Yuventus”a 100 milyon avro təklif etməyə hazırlaşdığı deyilir.

Qeyd edək ki, Miralem Pyaniç 2016-cı ildə “Roma”dan “Yuventus”a 32 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt” ona 65 milyon avro qiymət qoyub. 28 yaşlı müdafiəçi ötən mövsüm 44 rəsmi oyun keçirərək 7 qol vurub və 14 məhsuldar ötürmə edib.