UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatası İngiltərənin “Mançester Siti” klubunu Avropa kuboklarından kənarlaşdıra bilər.

Minval.info xəbər verir ki, səbəb maliyyə feyr-pleyinin pozulmasıdır.  Bu dəqiqlərdə yayılan məlumata görə, “Mançester Siti”nin işi baxılması üçün UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatasına göndərilib.

Bu da “Mançester Siti”nin cəza alacağı ehtimalını artırır. Klubdan verilən açıqlamada bildirilib ki, bu hadisə onları təəccübləndirməyib:

“UEFA-nın araşdırması təbii ki, klubumuza pis təsir etdi, amma bu vəziyyətə təəccüblənmirik. Qərar bir daha göstərdi ki, məhdudlaşdırıcı və düşmənçiliy prosesi gedir”.

Paşa Sadıqlı

Minval.info