“Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.

“Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan iqtisadi sabitlik davam etsin. Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var”, – deyə o, qeyd edib.