Rusiyalı idmançı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş bu il oktyabrın 6-da Las-Veqasda keçiriləcək.

Minval.İnfo xəbər verir ki, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) mətbuat xidməti məlumat yayıb.

Döyüş UFC229 turniri çərçivəsində keçiriləcək.

Qeyd edək ki, Habib Nurmagomedov 26 görüşün 26-sından qalib çıxıb. Konor Makqreqor isə 24 görüşdən 21 dəfə qalib, 3 dəfə məğlub tərəf kimi ayrılıb.