Mahirdən sonra bacısı da soyadını dəyişdi“Qarabağ”ın futbolçusu Mahir Emrelinin bacısı Ayişə də soyadını dəyişib.

Minval.info xəbər verir ki, futbolçunun bacısı “İnstagram” hesabında “Mədətova” soyadını qardaşı kimi “Emreli” ilə əvəz edib.

Qeyd edək ki, bir müddət öncə Mahir də Mədətov soyadından imtina etmişdi. Onların soyadlarını dəyişməsinə səbəb ataları prodüser Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və boşanma prosedurunu gözləmədən Samirə adlı vizajistlə toy etməsidir.