Mağazada narkotik vasitəni təbliğ edən geyim satılır.

Minval.İnfo Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtdakı bir ticarət mərkəzində yerləşən mağazada satışa çıxarılan qısaqol köynəklərin üzərində narkotik vasitə hesab edilən çətənə bitkisinin şəkilləri vurulub.

Mağazada satılan bu köynəklərin alıcısıda az deyil. Məsələni araşdırmaq üçün üz tutduq həmin ünvana. Elə içəri girər-girməz mağaza sahibi çəkiliş aparmağımıza mane oldu.

Sonara mağaza sahibi şifahi olaraq ”xəzər xəbər”ə bildirdi ki, həmin qısa köynəkləri ümumiyyətlə satışdan yığışdıracaq. Şəhər sakinlərinin isə üzərində narkotik vasitələri təbliğ edən köynəklərin satılmasına fikirləri birmənalıdır.

Psixoloqlar da bildirir ki, valideynlər övladlarının belə köynəklər almasına icazə verməməlidir.