“Maşın” şounun iştirakçılarından olmuş aparıcı Mətanət Əliverdiyeva qalmaqallı açıqlamalar verib.

Minval.info xəbər verir ki, səsvermənin nəticələrinə görə, yarışmanı tərk edən aparıcı maşın ətrafında dayananlar barədə sərt danışıb.

“Dedim, kül başına, Mətanət. Sən hara gəlib düşmüsən?! Murada təşəkkür edirəm ki, o insanları tanıdım və onların mənim verilişlərimdə heç zaman yeri olmayacaq” – Əliverdiyeva bildirib.

Proqramın aparıcısı Yusif Ağayevin “birdən onlar “Qız atasında” səninlə tərəf müqabili oldular. O zaman necə” sualına Mətanən xanım “Heç vaxt, heç vaxt” cavabını verib.

Qeyd edək ki, M.Əliverdiyeva həmkarı Aytən Səfərova ilə səsvermədə mübarizə apararkən də məğlub olmuşdu. Eyni zamanda qutudan daha çox şəkli çıxdığı üçün səsverməyə çıxan aparıcıya göndərilən səslərin çoxu “Getsin”ə gəlib.

Xatırladaq ki, bundan öncə Mətanət xanım əminliklə “Maşın” şouda səsvermənin saxta olduğuna dilə gətirmişdi.

Minval.info