Müğənni Mətanət Əsədovanın yas mərasimlərinin birindən videosu yayılıb.

Minval.info xəbər verir ki, “5/5” verilişində nümayiş etdirilən kadrlarda onun məclisdə muğam oxuması yer alıb.

Proqramın qonağı olan sənətçi bu görüntülər nümayiş etdiriləndən sonra əsəb keçirib və videonu yarımçıq saxlatdırıb.

Əsədova videoda baş verənləri belə izah edib:

“Bu görüntülər dayımın arvadının yasındandır. Oradan çıxırdım, qızı məni buraxmadı. Onsuz analar barədə oxuyanda çox pis oluram. Mən ana xəstəsiyəm. Dayımın qızı dedi ki, ağı de. Mən də dedim ki, ancaq muğam deyə bilərəm. Öz qohumlarımın başıboşluğundan video yayılıb. Orda olanlardan biri çəkib, qonşuya göndərib. O da bunu yayıb. İndi həmin adam utanıb, yerə girsin”.

Veriliş zamanı Mətanət Zaura, “Səninlə sonra danışacağam. Bilmirəm ki, biz dostuq, yoxsa düşmən” deyib.

Qeyd edək ki, bir neçə ay öncə müğənninin içki süfrəsində də videosu yayılmışdı və qalmaqala səbəb olmuşdu.