Aparıcı Mətanət Əliverdiyeva “10-dan sonra” verilişində şok açıqlama verib.

Minval.info xəbər verir ki, “Maşın” şouda iştirakçı olmuş Mətanət səsvermə barədə danışıb.

Aparıcı iddia edib ki, “Maşın” şouda göndərilən SMS-lər düz hesablanmır:

“Məni bilirsiniz, açıqsözlü biriyəm. Mən şouda bir şeyin şahidi oldum. Orada SMS-lər düzgün hesablanmır”. Bu zaman veriliş aparıcısı ona əli ilə susmasını işarə edib və Mətanət sözlərinə davam etməyib.

Bu sözlər şok effekti yaradıb. Çünki Mətanət Əliverdiyeva ATV telekanalında çalışır və çalışdığı telekanalda yayımlanan “Maşın” şouda saxtakarlıq edildiyini iddia edir.

Minval.info