Müğənni Mətanət Əsədova həmkarı Mətanət İsgəndərli haqqında dediyi fikirləri danıb.

Musavat.com xəbər verir ki, onun arxasınca danışdığını və adaşını həyatından sildiyini deyən Əsədova “ATV maqazin onlarla” proqramına açıqlamasında sözlərinin səhv başa düşüldüyünü bildirib: “Anlaşılmazlıq olub. Özümdən küsərəm, özümü həyatdan silərəm, məndən sonra bir Mətanət var. O da İsgəndərlidir. Mətanət də bilir ki, söhbət kimdən gedir. Bir nöqtəni qoymamışam, digər mövzuya keçmişəm”.

Məsələ ilə bağlı Mətanət İsgəndərli də danışıb: “O videonu görmüşəm. Mətanət mənə zəng edib, üzrxahlıq etdi. Dedi ki, sənə qurban olum, bacı, başqa adamı demişəm”.

Qeyd edək ki, M.Əsədova həmkarı haqqında bu sözləri demişdi: “Musiqi aləmində yalançı rəfiqələr var. Obraza girməyi xoşlamıram. Mətanət İsgəndərlini çox istəyirəm. O, həmişə məni elə dindirib, darıxanda məni yığıb ki, ürəyim səninlə açılır. Amma eşitdim haqqımda elə bir şey danışıb ki, onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram”.