Türkiyədə 11 iyulda konsert verəcək Şakiranın istəkləri Türkiyə mediasının gündəmindən düşmür.

Şakira bütün mebelləri ağ, çəngəl-bıçaq dəstini gümüş görmək istəyir. Həmçinin, tumsuz üzüm, dilimlənmiş qarpız, avokado, manqo, çiy brokoli və bir çox tropik meyvəni səhnəyə çıxmazdan əvvəl otel otağında yemək istədiyini bildirib.

shakira ile ilgili görsel sonucu

Şakiranın yolunu gözləyən təşkilatçılar isə artıq hazırlıqlara başlayıblar. İstəklərindən ibarət uzun siyahılar hazırlayan Şakira tək deyil, bir çox dünya ulduzları kulis kaprizləri ilə məşhurdurlar.

Rihanna konsert verdiyi hər yerə 3 səhifəlik uzun siyahı ilə gedir. Şərtlərdən birincisi sürücü ilə bağlıdır. 28 yaşlı məşhur müğənni sürücüsünün 25 yaşından böyük olmasını, düzgün geyinməsini və ingilis dilində yaxşı danışmasını, həmçinin maşının pəncərələrində qara pərdə vurulmasını tələb edir. Yemək üçün isə bol-bol cipsi, meyvə suyu və çiyələk istəyir.

Rihanna ile ilgili görsel sonucu

Cennifer Lopez də Şakira kimi ağ rəng sevdalısıdır. Ceylo bütün qrim otağının tamamilə ağ olmasını istəyir. Dekorasiya üçün isə ağ və sarı güllərdən istifadə edilir. Lopez alma və ya üzüm suyunu qəbul etmir, yeməyin içində pomidor olduqda hətta konsertə çıxmaqdan da imtina edə bilər.

Jennifer Lopez ile ilgili görsel sonucu

Keti Peri səhnəyə çıxmazdan əvvəl iki pişiklə vaxt keçirmək istəyir. Üstəlik işçilərin onunla danışmasına heç dözümü yoxdur.

Keti Peri ile ilgili görsel sonucu

Fərqli tərzi ilə diqqət çəkən Leydi Qaqanın istəkləri də fərqlidir. Qaqa kulisinə yarısı otaq temperaturunda, yarısı isə buz kimi olan 56 şüşə su istəyir. 30 yaşlı müğənni bu sulara 4 qram şəkər əlavə edir. Leydi Qaqanın bir konsertdən əvvəl qabarıq qaz tükləri ilə bəzədilmiş vitrin manikeni istədiyi də bilinir.

Leydi Qaqa ile ilgili görsel sonucu

Beyons şəxsi istəklərindən əvvəl öz komandasının rahatlığını düşünür. Onların da 100 faiz pambıqdan istehsal edilmiş paltar geyinməsini və rahat yataqla təmin edilməsini tələb edir. Müğənninin ən tələbi isə kulisində qırmızı tualet kağızının olmasıdır.

Beyonce ile ilgili görsel sonucu

Tanınmış türk komediya ustası Cem Yılmazın kulis üçün istədiyi tək bir şey var: Rahat çarpayı. Səhnəyə çıxmazdan 1 saat əvvəl kulisə gələn şoumen 55 dəqiqə yatır, hətta bir neçə dəfə səhnəyə üzündə yastıq izləri ilə çıxdığını etiraf edib.

Cem Yılmaz ile ilgili görsel sonucu

Madonna kulisinin 250 növdə təbii çiçəklə bəzədilməsini istəyir. Hər yerə uşaqlarını da apardığı üçün onlara oyun konsolu verilməsini də istək siyahısına əlavə edir.

Madonna ile ilgili görsel sonucu

Kim Kardaşyanın həyat yoldaşı Kenya Vest istəklərini qızı Northa uyğunlaşdırır: 8 min dollarlıq çarpayı, cizgi film kanallarını göstərən televizor və istədiyi an ona dadlı yeməklər bişirə biləcək aşbaz.

Kim Kardashian ile ilgili görsel sonucu

Niki Minajın tələbləri digərlərindən çox fərqlidir. Minaj otağında sobadan yeni çıxmış un məmulatları kimi qoxu gəlməsini istəyir. Minaj səhnədən əvvəl yaxşıca yemək də yeyir: Onlarla qızarmış, ədviyyatlı toyuq qanadı.

Nicki Minajı ile ilgili görsel sonucu

Azərbaycanlı müğənnilərin müəyyən kaprizləri var. Müğənni Nüşabə Ələsgərli  təmizliyə qarşı həssasdır. O, təmizliyindən əmin olmadığı məkanlardan uzaq gəzir.

Nüşabə Ələsgərli ile ilgili görsel sonucu

Müğənni Ədalət Şükürov natəmiz avtomobillərə minmir: “Bizim xoşumuza gəlməyən və qəbul etmədiyimiz çox şey var. Belə ki, hər bir insanın öz kaprizləri olur. Mən elə yaşdayam ki, artıq kaprizdən keçmişəm. Əvvəllər kapriz vardısa, indi azdır. Səliqəsiz maşına minməkdən xoşum gəlmir”.

Ədalət Şükürov ile ilgili görsel sonucu

Skripkaçı-müğənni Səlim Abbasov ona hörmət göstərilməsini tələb edir: “Hara gedirəmsə, diqqət göstərilməsini, diqqət mərkəzində olmağı çox sevirəm. İnsanların hörmət etməsini xoşlayıram. Sənətçi özünə qiymət qoymasa, ətrafdakı heç vaxt hörmət qoymaz.

Səlim Abbasov ile ilgili görsel sonucu

Damla

Minval.info