Adana Film Festivalı üçün Adanaya gedən aktyor Yakup Yavru açılış mərasimindən sonra infarkt keçirib.

Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, açılışdan sonra dincəlmək üçün otağına gedən aktyorun qəfil halı pisləşib. Dərhal xəstəxanaya çatdırılan Yavrunun həyatını həkimlər xilas edə bilməyiblər.

Yakubun cəsədi xəstəxana morquna aparılıb.

Qeyd edək ki, aktyor 4 ay əvvəl 35 min lirə xərcləyərək özünə məzar hazırlatdırmışdı.

O, tamaşaçılara “Böyle mi Olacaktı?”, “İkinci Bahar”, “Marziye”, “Unutabilsem”, “En Son Babalar Duyar”, “Kınalı Kar”, “Mihriban”, “Geniş Aile”, “Papatyam” kimi ekran işlərindən tanışdır.