Məşhur şirkət 4 kameralı telefonunu təqdim etdi

 “Huawei” şirkəti öz yeni smartfon modeli olan Y9-u təqdim edib.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, xarici görünüşcə yeni smartfon Mate 10 Lite və Honor 9 Lite modellərinə bənzəyir. Lakin Y9 modeli büdcəli smartfondur.

Smartfon 18:9 nisbətli 2160×1080 piksel keyfiyyətli 5.93 inç IPS ekran, Kirin 659 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi) və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Yeni smartfonun əsas özəliyi 4 ədəd kameraya sahib olmasıdır. Yəni Y9 ikili arxa kameraya və ikili ön kamera ilə təchiz olunub. O, 2 + 13 MP-lik arxa kamera və 16 + 2 MP-lik ön kameraya sahibdir.

Smartfonun arxa panelində isə barmaq izi skanı yerləşir. Bununla yanaşı smartfonun korpusu metaldan hazırlanıb. Y9 EMUI 8.0 interfeysli Android 8.0 əməliyyat sistemi vasitəsilə çalışır. Yeni smartfon modelinin qiyməti və satışa çıxma tarixi barəsində heç bir məlumat verilməsə də, onun 200 avro qiymətə satılacağı güman olunur.

Minval.İnfo